AZ

Misli Premyer Liqası planetin ən yaxşı 50 çempionatından biri oldu

Misli Premyer Liqası dünyanın ən yaxşı 50 milli çempionatlarından biridir.

Fanat.Az xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.

IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb və Azərbaycan birinciliyi bu siyahıda 1991,5 xalla 41-ci olub.

İngiltərə Premyer Liqası (8087) 1-ci, Braziliya (7735,5) və İtaliya (7510) A Seriyaları 2-3-cü yerlərdə qərarlaşıblar. 

Kamil Xudiyev

Seçilən
36
3
fanat.az

6Mənbələr