AZ

Daha 1 il təxirə salındı...VİDEO

İcbari Tibbi Sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı "Tibbi Sığorta Haqqında" qanuna dəyişiklik təklif edilir. Qanuna əsasən, vətəndaş ilkin tibbi xidmət göstərən tibb məntəqəsinə getmədən birbaşa ixtisaslaşmış xəstəxanaya və həkimə müraciət edərsə və ya müxtəlif analiz-müayinə xidmətlərindən istifadə edərsə, istifadə etdiyi tibbi xidmətin yarı qiymətini özü ödəməlidir. Məsələ bu il yanvarın 1-dək təxirə salınmışdı. Təklif edilən dəyişiklikdə isə müştərək maliyyələşmənin tətbiqini daha 1 il təxirə salınması nəzərdə tutulub.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il təxirə salınması həm vətəndaşa seçim haqqı verir, həm də onun maliyyə yükünü azaldır.

Onun sözlərinə görə, hazırki qanuna əsasən, vətəndaş tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə də müştərək maliyyələşmə məbləği ödəməlidir. Dəyişkilikdə bu da nəzərə alınıb.

Millət vəkili onu da bildirdi ki, səhiyyə sistemi təkmilləşdikcə qanuna yeni dəyişikliklər olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
29
xezerxeber.az

1Mənbələr