AZ

KİV: ABŞ ordusu İrana zərbələr endirməyə hazırdır TARİX AÇIQLANDI

ain.az, Oxu.az saytına istinadən bildirir.

"ABŞ ordusu fevralın 21-də İrana zərbələr endirməyə hazırdır. Lakin ölkə başçısı Donald Tramp hələlik yekun qərar verməyib".

Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" özəl mənbələrinə istinadən informasiya yayıb.

Telekanalı məlumatlandıran mənbə bildirib ki, hazırda Ağ Evdə dinamik və davamlı müzakirələr gedir:

"ABŞ Administrasiyası eskalasiyanın potensial risklərini, eləcə də həm güc tətbiqinin, həm də İrana hücum etməməyin siyasi və hərbi nəticələrini qiymətləndirir.

Pentaqon yaxın üç gün ərzində Yaxın Şərqdəki qoşunlarının bir hissəsini, əsasən Avropaya və ya ABŞ-yə köçürəcək.

Bu, əməliyyata hazırlıqların aparıldığını göstərə bilər, lakin prosesə başlamaq qərarının artıq verildiyi anlamına gəlmir".

"The Wall Street Journal" nəşri isə yazıb ki, ABŞ 2003-cü ildə İraqa hücumundan bəri ən böyük hava qüvvələrini Yaxın Şərqə yerləşdirir.

Qeyd olunur ki, ABŞ Yaxın Şərqdə hərbi gücünü artırmaq üçün "F-22" və "F-35" qırıcı təyyarələrini həmin ərazilərdə yerləşdirib. Eləcə də ikinci aviadaşıyıcı gəminin də bölgəyə yollandığı vurğulanır.

Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, qüvvələrin cəmləşməsi Vaşinqtona bir neçə həftə ərzində İrana qarşı döyüş əməliyyatları aparmaq imkanı verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
oxu.az

1Mənbələr