AZ

Mirziyoyev ABŞ-dadır - Mühüm sənədlər imzalandı

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanıb, birgə layihələrin təqdimatı mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, məlumatı Özbəkistan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, birgə iş üçün prioritet sahələrə kritik xammal, neft-kimya, enerji, kənd təsərrüfatı və quşçuluq sahələrində layihələr daxildir. Məlumatda ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının və ABŞ Eksimbankının əməliyyat dəstəyində sistemli tərəfdaşlar kimi artan rolu, birgə Biznes və İnvestisiya Şurasının potensialından fəal şəkildə istifadənin vacibliyi vurğulanıb.

Görüşdən sonra prezidentin iştirakı ilə yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması, çiləyici suvarma texnologiyalarının tətbiqi, vacib mineralların çıxarılması və təchizatı, quşçuluq klasterinin yaradılması, aqrar-sənaye kompleksinin və maliyyə bazarının inkişafı və investisiya mühitinin yaxşılaşdırılması layihələrinin həyata keçirilməsini nəzərdə tutan ikitərəfli sənədlər imzalanıb.

Tədbirdə ABŞ hökumətinin və maliyyə qurumlarının nümayəndələri, o cümlədən ticarət nümayəndəsi Ceymison Qrir, Prezidentin Xüsusi elçisi Paolo Zampolli, İxrac-İdxal Bankının prezidenti və sədri Con Yovanoviç, Amerika-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lamm, eləcə də Traxys, Valmont Industries, Gulf Oil, Aviagen Broiler Breeding Group, John Deere, BlackRock Financial Markets Advisory, Oppenheimer və digər şirkətlərin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, ötən il Ş.Mirziyoyevin ABŞ-yə səfəri zamanı Özbəkistanın bu ölkədən 35 milyard dollarlıq mal almasını nəzərdə tutan razılaşma imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
70
olaylar.az

1Mənbələr