AZ

Osimhen özünü ''Qalatasaray''ın hansı futbolçusuna bənzətdi?

''Qalatasaray''ın qol silahı Viktor Osimhen ''Yuventus'' üzərində 5:2 hesablı parlaq qələbədən sonra açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, heyrət doğuran məqam odu ki,''Cim-Bom'' son iki rəsmi oyunda 10 qol vursa da, Osimhen bu qolların heç birini aktivinə yaza bilməyib! Halbuki o, Türkiyə karyerasında ''Qalatasaray''ın oyunlarının ən azı 80 faizində qol vurur. Amma əvəzində nigeriyalı həm ''Eyüpspor'' (5:1), həm də ''Yuve'' ilə oyunların hər birində aktivinə 2 məhsuldar ötürmə yazıb.

Osimhen matçın ardından verdiyi açıqlamada özünü komandanın əsas oyun qurucusu olan Qabriel Saraya bənzədib: ''Komanda şəklində sərgilədiyimiz performans məni sevindirdi. Məşqçimizin planı özünü doğrultdu. Gələn həftə cavab matçında da bu cür oynamağa çalışacağıq. Bu günkü qələbə ilə iş bitmir. Davamı gələcək. İtaliyada asan olmayacaq. Amma əldə etdiyimizi üstünlükdən yararlanmağa çalışacağıq. Cox önəmli bir zəfər əldə etdik. Fanatlarımıza gözəl dəstəklərinə görə təşəkkür edirəm. Pressinqlərim yenə işə yaradı? Bu, mənim üçün adi haldı. Komandam naminə çalışmaqda, savaşmaqda davam edirəm. Son vaxtlar pressinq sayəsində məhsuldar ötürmələrim də artmağa başlayıb. Son oyunlarda daha çox Qabriel Saraya bənzəməyə başlamışam (gülür). Qol vura bilməsəm də, təbii ki, ümumi performansımızdan çox razıyam. Spalletti haqda çox danışmışam.Sevdiyim məşqçilərdən biridi. Karyeramda önəmli bir yerə sahibdi. Münasibətlərimiz çox yaxşıdı. Ona gələcəkdə uğurlar arzulayıram''.

Seçilən
65
1
football-plus.az

2Mənbələr