AZ

ABŞ ordusu iki aya Suriyanı tam tərk edəcək

ABŞ Suriyadan təxminən 1000 əsgərini çıxarmaq niyyətindədir.

Herbiand.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat verib.

Mənbələr bildiriblər ki, Amerika ordusu yaxın iki ay ərzində Suriyanı tərk edəcək.

Daha əvvəl bildirilirdi ki, Amerika ordusu qoşunlarını Suriyanın şimal-şərqindəki əl-Haseke əyalətindəki əsas əl-Şəddadi bazasından çıxarıb. Bazaya nəzarət Amerika tərəfi ilə əlaqələndirilərək təhvil verilib. Ötən həftə amerikalılar həmçinin Suriyanın cənubundakı əl-Tanf bazasından qoşunlarını çıxarıblar.

Seçilən
72
herbiand.az

1Mənbələr