AZ

Montiel: Rəqibə belə şansları verməməliydik

“Qarabağ”ın futbolçusu Coni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.

Publika.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi rəqibə qol vurmaq üçün çox şans yaratdıqlarını bildirib:

“Oyunun bəzi məqamlarında komanda pis təsir bağışlamadı, amma əvəzində rəqibə çoxlu qol imkanları verdik. Belə səviyyəli komandaya qarşı qol şansları verməməliydik. Çünki belə futbolçuları olan komandalar ən xırda epizodlardan yararlanmağı bacarırlar. Artıq səfərdəki oyun haqqında düşünməliyik. Təbii ki, çətin olacaq. Nyukalsdakı matçda özümüz haqqında müsbət fikir formalaşdırmalıyıq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də İngiltərdə baş tutacaq.

Seçilən
60
publika.az

1Mənbələr