AZ

Vüqar Bayramov: “ABŞ Qafqazda sülhün əldə edilməsinə ən çox töhfə verən ölkələrdən biridir”

“Azərbaycan ABŞ arasında artıq strateji tərəfdaşlıq var və bu praktiki olaraq iqtisadiyyatın əksər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanı açır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, Tramp adminstrasiyası işə başladıqdan sonra ABŞ-Azərbaycan arasında münasibətlərin yaxşılaşması və dərinləşməsi müşahidə olunur: “ABŞ, Qafqazda sülhün əldə edilməsinə ən çox töhfə verən ölkələrdən biridir. Bu istiqamətdə Azərbaycan da Cənubi Qafqazın sülh gündəliyinə dəstək olur. Həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatda Azərbayca və ABŞ əməkdaşlıq edir. Azərbaycanın Sülh Şurasına dəvət olunması və təmsil olunması ondan xəbər verir ki, çoxtərəfli formatda da əməkdaşlıq güclənir. İkitərəfli formatda həm investisiyaların cəlb edilməsi, ixrac-idxal əməliyyatların genişləndirilməsi, o cümlədən enerji, nəqliyyat, logistika sahəsində əməkdaşlığın dərinləşəcəyi gözlənilir. Eləcə də rəqəmsal iqtisadiyyat və süni intellekt sahəsində Azərbayca və ABŞ əməkdaşlığının dərinləşəcəyi gözlənilir və Azərbaycan Prezidenti Münxendəki Təhlükəsizlik  Sammitində də qeyd edib ki, ABŞ bütövlükdə  Cənubi Qafqazda sülh və stabilliyin təmin olunmasında xüsusi rola malikdir. Trampın birbaşa səyi nəticəsində reallaşan yeni dəhliz yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyəcək. Eyni zamanda bu region üçün yeni imkanlar yaradacaq”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Fevral 2026, 11:07   
Seçilən
27
pravda.az

1Mənbələr