AZ

Keçmiş prezident ömürlük həbs cəzasına məhkum edildi

Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolu 2024-cü ilin dekabr ayında baş verən dövlət çevrilişinə görə ömürlük həbs cəzasına məhkum edib.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məhkəmə sabiq prezidenti 2024-cü ilin dekabr ayında Cənubi Koreyada fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar çevrilişə rəhbərlik etməkdə günahkar bilib. 

Xatırladaq ki, Yun Sok Yol 2024-cü il dekabrın 3-də xalqa müraciət edib. Yol bu zaman Koreya Respublikasını Şimali Koreyanın kommunist qüvvələrinin təhdidindən qorumaq üçün ölkədə fövqəladə hərbi vəziyyət elan edib. Yolun müraciətindən 150 dəqiqə sonra keçirilən təcili iclasda parlament hərbi vəziyyətin ləğv edilməsinə səs verib. 

Gülayə Mecid 

Seçilən
83
31
unikal.az

10Mənbələr