AZ

"Budyo-Qlimt"in əks-hücumlardakı sürəti bizi təəccübləndirdi" - Kivudan məğlubiyyət şərhi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Budyo-Qlimt"ə uduzan (1:3) "İnter"in baş məşqçisi Kristian Kivu yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Budyo-Qlimt" bu meydanda oynamağa uyğunlaşıb, amma bu, bizə bəraət qazandırmır. Yekunda hər şeyin necə olacağını indidən demək olmaz. Qarşıda cavab oyunu var. Bilirdik ki, rəqib bizə əks-hücumlarda problem yarada bilər. İndi növbəti mərhələyə adlamağa çalışmalıyıq. Rəqibin müdafiəçilərinə təzyiq etməyi tapşırmışdıq. Lakin problem bunda deyildi. Problem ondadır ki, onların əks-hücumlardakı sürəti bizi təəccübləndirdi".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması fevralın 24-də baş tutacaq.

Nihat

Seçilən
33
1
fanat.az

2Mənbələr