AZ

Bu internatlarda nöqsanlar aşkarlandı

Bu internatlarda nöqsanlar aşkarlandı

Sumqayıt şəhəri internat tipli gimnaziyada və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada ciddi nöqsanlar aşkar edilib.

AFN.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun böyük hissəsi kənar məqsədlər üçün istifadə olunur, şagirdlərə isə məhdud yer ayrılıb. Həmçinin hamam otağının yararsızlığı və sanitar qovşaqların çatışmazlığı qeydə alınıb.

General M.Əsədov adına gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyası üçün zəruri mexanizmlərin və qrupların yaradılmadığı müəyyən olunub. Hər iki müəssisədə uşaqların geyim və ayaqqabı təminatının Nazirlər Kabinetinin 15 nömrəli Qərarı ilə müəyyən edilmiş normalara uyğun olmadığı, təminatın gecikdirildiyi və çeşid azlığı aşkar edilib.

Müəssisə rəhbərlərinə yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına riayət olunması və inklüziv mühitin yaradılması ilə bağlı tövsiyələr verilib. Nəticələrlə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi müraciət olunacaq.

Seçilən
69
afn.az

1Mənbələr