AZ

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi

style='margin-bottom:10px;'>

İngiltərənin "Nyukasl" klubunun azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.

QOL.az xəbər verir ki, bununla əlaqədar "Nyukasl"ın azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşım UEFA Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununun (1:6) ertəsi günü - bu gün edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakı, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik.

Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu". - deyə paylaşımda qeyd olunub.


 

Seçilən
99
4
teleqraf.com

5Mənbələr