AZ

Gəncədə 38 yaşlı kişi bıçaqlandı

Gəncə şəhər sakini bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, 1988-ci il təvəllüdlü E. Katibli bud nahiyəsindən və başından kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

38 yaşlı kişiyə dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə bıçaq xəsarəti alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
76
14
unikal.az

10Mənbələr