AZ

Bavariyada heyvanlara qarşı QƏDDARLIQ: 32 gekkon acından TƏLƏF OLDU – FOTO

Bavariyada sahibi 32 gekkonu acından öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Almaniyanın Bavariya əyalətində heyvanlara qarşı dəhşətli qəddarlıq hadisəsi aşkar edilib. Hasberqe rayonunda aparılan yoxlamalar zamanı 32 gekkonun aclıq və susuzluqdan tələf olduğu məlum olub.

Baytarlıq xidmətinin əməkdaşları ərazidən həmçinin sağ qalan 64 gekkonu müsadirə edərək müvəqqəti sığınacaqlara yerləşdiriblər.

Məlumata görə, heyvanların saxlanma şəraiti qəbulolunmaz dərəcədə pis olub və heyvanların müdafiəsi normaları kobud şəkildə pozulub.

Sürünənlər təxminən 16 kvadratmetrlik kiçik bir otaqda, 20 terrariumda, habelə olduqca dar siyirmələrdə saxlanılıb.

Mənzil sahibi heyvanların təməl ehtiyaclarını təmin etməməkdə ittiham olunur.

Yoxlama zamanı mənzil sahibi rəsmi qurumlarla əməkdaşlıqdan imtina edərək baytarlıq xidmətinin və polisin ünvanına təhqirlər yağdırıb.

Faktla bağlı heyvanlara qarşı qəddar rəftar maddəsi ilə cinayət işi başlanıb.

Xilas edilən gekkonların müayinə və saxlama xərcləri də günahkar şəxsdən tutulacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
76
interpress.az

1Mənbələr