AZ

Neft Fondunun aktivləri 2032 ci ilə kimi 78 milyard dolları ötəcək IMF

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) birgə ehtiyatları 2024-cü ilin sonundakı 70 milyard ABŞ dollarından 2025-ci ilin sonuna 85 milyard ABŞ dollarına yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları qarşıdakı dövrdə yavaş templə artmaqda davam edəcək.

Missiyanın proqnozlarına görə, bu ilin sonuna Neft Fondunun aktivləri 74,5 mlrd. dollara, 2027-ci ildə 75 mlrd. dollara, 2028-ci ildə 75,5 mlrd. dollara çatacaq.

ARDNF-in aktivləri üzrə gözləntilər 2029-cu il üzrə 76,2 mlrd. dollar, 2030-cu ildə 77,2 mlrd. dollar, 2031-ci ildə isə 78,4 mlrd. dollar təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
3
globalinfo.az

4Mənbələr