AZ

İran BMT ni köməyə çağırır

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Britaniyanın "Reuters" xəbər agentliyinin məlumatına görə, bu barədə o, Antoniu Quterreşə məktub göndərib. Məktubda vurğulayıb ki, ABŞ-nin qanunsuz güc tətbiqi hədələri dərhal dayandırılmalıdır. "Bu məqsədlə Təhlükəsizlik Şurasının səlahiyyətləri, həmçinin xoşməramlı xidmətləri bütövlükdə işə salınmalıdır. Çünki Vaşinqtonun istənilən hərəkəti regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər. Təhlükəsizlik Şurası və Baş katib çox gecikmədən təcili addım atmalıdır". Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. ABŞ Prezidenti Donald Tramp dünən Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
azvision.az

2Mənbələr