AZ

“Barselona”nın müdafiəçisinə A Seriyasından maraq

İspaniyalı müdafiəçi Erik Qarsia İtaliya təmsilçisi “Komo”nun ona maraq göstərdiyini təsdiqləyib.

Msport.az xəbər verir ki, o bu barədə futbolçu özü açıqlamasında deyib.

O, transferə kifayət qədər yaxın olduğunu etiraf edib. Qarsiyanın sözlərinə görə, müəyyən mərhələdə “Komo”ya keçidi real görünürdü və ayrılıq variantı ciddi şəkildə gündəmdə olub.

Lakin “Benfika” ilə oyundan sonra vəziyyət dəyişib. Baş məşqçi Hans Fliklə söhbət müdafiəçinin qərarına təsir edib.

Qarsiya bildirib ki, məhz həmin danışıqdan sonra komandada qalmağın ən doğru seçim olduğuna əmin olub.

Seçilən
20
msport.az

1Mənbələr