Vaşinqton polisi Azərbaycan Prezidenti İlham Əliyevin kortejinə edilən hücumla əlaqədar araşdırma aparır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Makheta Vatson bildirib.
"Polis departamenti hadisədən xəbərdardır. ABŞ Gizli Xidməti ilə birlikdə hadisə yerinə baş çəkilib. Heç kim həbs olunmayıb", - deyə o bildirib.
Departament sözçüsü qeyd edib ki, iş ABŞ Gizli Xidməti tərəfindən Dövlət Departamentinə göndərilib.
Xatırladaq ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.