AZ

Vətəndaşlara İranı tərk etməyə çağırış edildi


Almaniya Xarici İşlər Nazirliyi regional təhlükəsizlik risklərinin artması fonunda İranda olan vətəndaşlarına ölkəni tərk etməyə çağırıb.
Gender.Az xəbər verir ki, nazirliyin sözçüsü jurnalistlərə açıqlamasında bildirib ki, bu çağırış ABŞ-ın mümkün hərbi addımları ilə bağlı risklərin mövcudluğu ilə əlaqədardır.
Onun sözlərinə görə, hazırda məhdud sayda kommersiya reysləri fəaliyyət göstərir, həmçinin İranla qonşu ölkələr arasında hava əlaqəsi davam edir. Ölkədən quru yolu ilə çıxış imkanının da olduğu qeyd olunub.
Sözçü vurğulayıb ki, vəziyyətin kəskinləşməsi halında konsulluq xidmətlərinin göstərilməsi faktiki olaraq mümkünsüz ola bilər.

Seçilən
42
1
gender.az

7Mənbələr