AZ

"Qarabağ" İngiltərədə məşqdən imtina etdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl"la oyunöncəsi mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə klubun mətbuat xidmətindən məlumat verilib.

 

Ağdam təmsilçisinin media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

 

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "Sent Ceyms Park" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
6
7
senzor.az

10Mənbələr