AZ

“İskəndər” və “Oreşnik” üçün raketlər istehsal edən müəssisələr vurulub

Rusiyada “İskəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumatına görə, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Bildirilir ki, müəssisə “İskəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur.

Zərbənin “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur.

Qeyd olunur ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir.

Seçilən
18
5
xezerxeber.az

6Mənbələr