AZ

Nyu-Yorkun məşhur Times Meydanında iftar proqramı təşkil edildi

Nyu-York şəhərində yaşayan yüzlərlə müsəlman oruclarını açıb sonra şəhərin ən məşhur və ən işlək yerlərindən biri olan Times Meydanında təravih namazı qılıblar.

Turkustan.az xəbər verir ki, bu il beşinci dəfə "Wayoflifesq" adlı sosial media hesabı tərəfindən təşkil edilən proqram yüzlərlə kişi və qadını bir araya gətirdi.

Müsəlmanlar Times Meydanının ən işlək ərazisi olan Broadway və 7-ci küçənin kəsişməsində toplaşaraq iftar vaxtı çatanda dualarla oruclarını açdılar. İftar üçün təxminən 1500 nəfərə pulsuz ərzaq paketləri paylandı.

"Wayoflifesq" hesabının sahibi "SQ" AA müxbirinə verdiyi açıqlamada İslamın Qərb mediası tərəfindən mənfi şəkildə təsvir edildiyini bildirib və əlavə edib ki, "Buradakı məqsədimiz insanlara Quranı izah etmək, onları maarifləndirmək və dünyanı İslam haqqında məlumatlandırmaqdır".

SQ bildirib ki, "Biz sizinlə əlaqə saxlamağınızı və mədəniyyətimizin sizin mədəniyyətiniz olduğunu anlamağınızı istəyirik. Gəlin, bizimlə oturun. Gəlin, bizimlə yemək yeyin. Gəlin, orucunuzu bizimlə açın və bu gözəl Ramazan ayından bizimlə zövq alın."

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
1
turkustan.az

2Mənbələr