AZ

Makdevid və Krosbi tarixə düşdü, İtaliya biabır oldu

İtaliyada keçirilən Qış Olimpiadasının hokkey yarışları həmişəki kimi diqqət mərkəzindədi. Artıq qrup mərhələsi arxada qalıb və mübarizə həlledici mərhələyə qədəm qoyub.

"Football-plus.az" arxada qalan oyunlarla bağlı ən maraqlı məqamları nəzərinizə çatdırır.

“Edmonton”un və Kanada yığmasının hücumçusu Konnor Makdevid MHL oyunçularının da qatıldığı Olimpiadaların tarixinə ardıcıl iki oyunda 3 və daha artıq xal toplayan 2-ci hokkeyçi kimi düşdü. 29 yaşlı forvard fevralın 13-də İsveçrə ilə oyunda (5:1) 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldı, Çexiya ilə oyunda (5:0) isə 3 belə ötürməsi olmuşdu. 1998-ci ildə keçirilən Naqano Olimpiadasında finlandiyalı hücumçu Teemu Selyanne də belə nəticə ilə yadda qalıb.

Kanada yığmasının “Pittsburq”dan olan hücumçusu Sidni Krosbi isə “Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkini Olimpiadalarda xal sayında arxada qoydu. O, İsveçrə ilə oyunda qol vurmaqla xal hesabını 12-yə (5+7) çatdırdı və Olimpiada tarixində 25-ci yerə yüksəldi.

Sidni Fransa ilə oyunda da həm qol vurdu, həm də iki məhsuldar ötürmə verdi. 38 yaşlı forvard Olimpiadalarda xal hesabına 15-ə (6+9) çatdırmaqla kanadalı hokkeyçilər arasında məhsuldarlığıa görə 1-ci pilləyə yüksəldi. Bu onun karyerasındakı 3-cü Olimpiadadaı. Vankuver-2010 və Soçi-2014-də də iştirak edib. MHL oyunçularının qatıldığı Olimpiadalarla bağlı mütləq məhsuldarlıq rekordu Teemu Selyanneyə məxsusdu. Finlandiyalı ulduz 30 oyunda 32 (17+15) xal toplayıb. Məlumat üçün bildirək ki, MHL-də çıxış edən hokkeyçilər 1998, 2002, 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən Olimpiadalarda iştirak edib.

Finlandiya qrup mərhələsinin oyununda İtaliyanı darmadağın etdi – 11:0. Bu, son onilliklər ərzində Olimpiadada qeydə alınan ən böyükhesablı qələbədi. Dördilliyin ən böyül yarışında sonuncu dəfə 11 şayba fərqi ilə qələbə 1988-ci ildə qeydə alınıb: İsveç – Fransa 13:2. Olimpiadalarda ən böyükhesablı qələbə isə 1924-cü ilə təsadüf edib, onda Kanada İsveçrəyə 33:0 hesabıyla qalib gəlib. 0:11 elə İtaliya yığması üçün də ən sarsıdıcı məğlubiyyət deyil. Apenninlilər 1948-ci ildə ABŞ-yə 1:31 hesabıyla uduzub.

Beləliklə, qrup mərhələsi başa çatdı, həm 1/4 finala birbaşa vəsiqə qazanan (A, B, C qruplarının liderləri və 2-ci yeri tutanlardan ən yaxşısı), həm də təsnifat mərhələsində iştirak edəcək komandalar müəyyənləşdi. Qrup qalibləri Kanada, Slovakiya və ABŞ, eləcə də bu mərhələnin ən yaxşı ikincisi Finlandiya növbəti mərhələyə adladı. Bu gün keçiriləcək təsnifat mərhələsində isə bu cütlər qarşılaşacaq: Çexiya – Danimarka, İsveç – Latviya, Almaniya – Fransa, İsveçrə - İtaliya.

A qrupu
İsveçrə - Fransa 4:0 (2:0, 0:0, 2:0)
Çexiya – Kanada 0:5 (0:1, 0:2, 0:2
Fransa – Çexiya 3:6 (0:2, 3:2, 0:2)
Kanada – İsveçrə 5:1 (2:1, 1:0, 2:0)
İsveçrə - Çexiya 4:3 OT (0:1, 2:0, 1:2, 1:0)
Kanada – Fransa 10:2 (3:1, 3:0, 4:1)

1 2 3 4 5 6 7
1. Kanada 3 3 0 0 0 20-3 9
2. İsveçrə 3 1 1 0 1 9-8 5
3. Çexiya 3 1 0 1 1 9-12 4
4. Fransa 3 0 0 0 3 5-20 0

B qrupu
Slovakiya – Finlandiya 4:1 (1:0, 0:1, 3:0)
İsveç – İtaliya 5:2 (2:1, 1:1, 2:0)
İtaliya – Slovakiya 2:3 (0:0, 1:2, 1:1)
Finlandiya – İsveç 4:1 (2:0, 1:1, 1:0)
İsveç – Slovakiya 5:3 (1:1, 2:1, 2:1)
Finlandiya – İtaliya 11:0 (3:0, 3:0, 5:0)

1. Slovakiya 3 2 0 0 1 10-8 6
2. Finlandiya 3 2 0 0 1 16-5 6
3. İsveç 3 2 0 0 1 11-9 6
4. İtaliya 3 0 0 0 3 4-19 0

C qrupu
Latviya – ABŞ 1:5 (1:1, 0:3, 0:1
Almaniya – Danimarka 3:1 (1:1, 2:0, 0:0)
Almaniya – Latviya 3:4 (2:1, 0:1, 1:2)
ABŞ – Danimarka 6:3 (1:2, 3:1, 2:0)
Danimarka – Latviya 4:2 (3:1, 0:1, 1:0)
ABŞ – Almaniya 5:1 (1:0, 2:0, 2:1)

1. ABŞ 3 3 0 0 0 16-5 9
2. Almaniya 3 1 0 0 2 7-10 3
3. Danimarka 3 1 0 0 2 8-11 3
4. Latviya 3 1 0 0 2 7-12 3

Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda qələbə, 4 – overtaymda məğlubiyyət, 5 – məğlubiyyət, 6 – şayba, 7 – xal.

Seçilən
21
1
football-plus.az

2Mənbələr