AZ

Naxçıvanda içməli su təchizatı sistemləri YENİLƏNƏCƏK

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Belə ki, 2026-2029-cu illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aşağıdakı tədbirləri həyata keçirməlidir:

Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;

Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;

Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması;

Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi;

İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
9
news.milli.az

10Mənbələr