AZ

​70 yaşlı qadın saxta məhəbbətin qurbanı oldu

Türkiyədə hər kəsi şoka salan dələduzluq hadisəsi baş verib. Metbuat.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb. KİV-in yazdığına görə, Şərifə Şimşək adlı qadın özündən 25 yaş kiçik sevgilisi Mehmet Demir üzündən ikimərtəbəli evindən məhrum olub. Şərifə Şimşək hadisənin təfərrüatını belə açıqlayıb: "Biz ilyarım əvvəl tanış olmuşduq. Yetmiş yaşim var. Mehmet məndən 25 yaş kiçikdir. Qısa müddətdə aramızda isti münasibət yarandı. O vaxt Mehmetin 60 yaşlı arvadı vardı. Qadın xarici ölkə vətəndaşı idi. Mehmet mənim inamımı qazanmaq üçün arvadı ilə boşandı. Mənə "bal pətəyim" deyirdi. Söz vermişdi ki, birlikdə Hataya gedib orada doyunca eşq həyatı yaşayacağıq". Şərifə Şimşək deyib ki, 45 yaşlı Mehmetin şirin dilinə aldandığına görə bu gün evsiz qalıb. Qadın bildirib ki, özündən 25 yaş kiçik olan sevgilisi onu dilə tutaraq ikimərtəbəli evini öz adına keçirib: "Notariusa gedib evimi Mehmet Demirin adına keçirtdim. Dedi ki, ürəyim, narahat olma, tezliklə səni də götürüb Hataya gedəcəm. Bizi tanıyan insanların olmadığı yerdə ikinci baharımızı yaşayacağıq. Amma o vaxtdan sonra onu bir də görmədim. Bir müddət sonra öyrəndim ki, evi satıb aradan çıxıb".

"Sözcü" qəzeti yazıb ki, Şərifə Şimşəkin evinin bazar dəyəri 7 milyon türk lirəsi (təxminən 380 min manat) olub.

Seçilən
6
50
metbuat.az

10Mənbələr