AZ

20 il sonra tarixi rekord qırıldı

Kanada yığmasının oyunçusu Konnor MakDevid NHL dövründə Qış Olimpiya Oyunlarında toplanan xalların sayına görə yeni rekord müəyyənləşdirib.

Publika.az xəbər veirr ki, bu barədə Milli Hokkey Liqası məlumat yayıb.

Tarixi hadisə Finlandiya yığmasına qarşı keçirilən yarımfinal matçında baş verib. Sidni Krosbinin yoxluğunda kapitan funksiyasını yerinə yetirən MakDevid ikinci hissədə “Florida”nın hücumçusu Sem Raynharta məhsuldar ötürmə verib.

Əsas vaxtın son dəqiqəsində isə o, həlledici qolun həmmüəlliflərindən biri olub. Final fitinə 35 saniyə qalmış Natan MakKinnon MakDevid və Maklin Selebrininin ötürmələrindən sonra say üstünlüyünü qola çevirib.

Seçilən
35
publika.az

1Mənbələr