AZ

“Azərbaycanda qala da, başqa yerə gedə də bilərəm”

Sportinfo.az xəbər verir ki, “Zirə”nin türkiyəli yeni hücumçusu Eren Aydın dünən Misli Premyer Liqasının 21-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (0:2) sualları cavablandırıb.

- Debüt oyununuzda komandanız uduzdu. Məğlubiyyətə səbəb nə oldu?

- Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, uduzduq. Bunda erkən qollar buraxmağımızın böyük rolu oldu. İkinci hissədə daha yaxşı oyun nümatiş etdirdik. Qol epizodlarımız da oldu. Lakin son nöqtəni qoya bilmədik.

- “Zirə”yə keçidiniz necə alındı?

- Transfer bir günün içində reallaşdı. Hazırda “Zirə”də olduğum üçün xoşbəxtəm. Mövsümün sonuna qədər müqavilə imzalamışıq. Bu müddət ərzində komandamın uğurları üçün əlimdən gələni edəcəyəm.

- Ukraynanın “Veres” klubundan ayrılmağınıza müharibə səbəb oldu?

- Bəli, orada həyatıma təhlükə yüksək idi. Üstəlik, tez-tez baş verən elektrik kəsintisi ilə həyata davam etmək çətindir. Ona görə də ayrılmaq üçün klubdan icazə istədim. Lakin “Veres” rəhbərliyi transferimə mane olurdu. Portuqaliya və Türkiyə Superliqasından təkliflərim var idi. Getməyimə imkan vermədilər. Nəhayət ki, oradan ayrıla bildim. Artıq əksər ölkələrdə transfer pəncərəsi bağlanmışdı. Belədə Azərbaycan vartiantı yarandı. Sağ olsun, “Zirə” mənə inandı, sahib çıxdı. Mən də bu inamın qarşısını vermək üçün əlimdən gələni edəcəm.

- Qeyd etdiyiniz kimi, müqaviləniz 4 aylıqdır. Mövsümün sonunda sözləşmənin müddətini artırmağınız mümkündür?

- Burada olduğum müddətdə komandamın uğuru üçün əlimdən gələni edəcəyəm. Sonra necə olacağını isə zaman göstərəcək. Hər şey mümkündür. Burada qala da, başqa yerə gedə də bilərəm.

- Son illər Azərbaycanda türkiyəli futbolçuları görmək olmur. Daha əvvəl ölkəmizdə oynayan həmyerliləriniz haqda məlumatınız var?

- ⁠Türk futbolçuları bilmirəm. Azərbaycanlı 2-3 dostumun daha əvvəl bu çempionatda oynadığını bilirəm. Məsələn, Vüsal İsgəndərlini tanıyıram.

- Oktay Dərəlioğlu, Ahmet Dursun, Suat Usta kimi ulduz futbolçular daha əvvəl Azərbaycanda çıxış ediblər...

- Hə, o barədə məlumatım var. ⁠Onlar daha əvvəl burada çıxış ediblər. O vaxtlar mənim yaşım az idi (gülür).

Seçilən
23
sportinfo.az

1Mənbələr