21 Fevral gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisinə Flamingo qanadlı raket zərbələri endirib. Hərbçilər qitələrarası ballistik raketlər istehsal edən Votkinsk zavoduna zərbə endirib və digər hədəflər də vurulub.
Bu barədə RBC-Ukraine Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram kanalına istinadən məlumat yayıb.
"Zərbə FP-5 Flamingo qanadlı raketlərindən istifadə edilməklə həyata keçirilib. Votkinsk şəhərində Votkinsk hərbi-sənaye kompleksinə məxsus obyektə zərbə endirilib. Obyektdə yanğın aşkar edilib. Nəticələr dəqiqləşdirilir", - deyə açıqlamada bildirilir.
Əziz Mustafa