AZ

Türkiyənin tanınmış aktyoru Ali Tutal vəfat etdi

Türkiyə kinosunun tanınmış aktyoru Ali Tutal vəfat edib.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl beyin qanaması keçirdikdən sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, A.Tutal bu günədək 60-dək filmdə və bir çox televiziya serialında rol alıb. Onlar arasında xüsusilə "Günəşi gördüm", "Geniş ailə", "Bərəkətli torpaqlar üzərində" və "Hökumət qadın"ı göstərmək olar.


Telegram kanalımız
Seçilən
24
15
yenisabah.az

10Mənbələr