AZ

Şəki sakini iş yerində ürək çatışmazlığından ölüb

Şəki sakini Rəsul İsmayılov iş yerində ürək çatışmazlığından dünyasını dəyişib.

HİT.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki şəhəri ərazisində iş zamanı 57 yaşlı şəxsin halı qəfildən pisləşib.

İş yoldaşları dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırıblar. İlkin tibbi müayinə zamanı Rəsul İsmayılovun vəfat etdiyi müəyyən olunub. Həkimlər onun ürək çatışmazlığından öldüyü qənaətinə gəliblər.

Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə prosedurlardan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Baş verən ölüm faktına görə Şəki Rayon Prokurorluğunda araşdırma başladılıb.

Seçilən
7
12
hit.az

10Mənbələr