AZ

Ülviyyə Fətəliyevadan tarixi uğur: İlk dəfə Azərbaycan çempionu oldu

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Paytaxtda keçirilən yarışın son günündə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

İdman.Biz xəbər verir ki, çempionatın həlledici final qarşılaşmasında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva üz-üzə gəliblər. Olduqca gərgin keçən mübarizənin taleyi tay-brekdə həll olunub. Əlavə partiyalarda rəqibini 1,5:0,5 hesabı ilə üstələyən Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə təcrübəli Gülnar Məmmədova Türkan Məmmədyarova ilə qarşılaşıb. Rəqibindən daha dəqiq oynayan Məmmədova 1,5:0,5 hesablı qələbə qazanaraq çempionatın bürünc medalını boynundan asıb.

İdman.Biz
Seçilən
11
1
idman.biz

2Mənbələr