Futbol üzrə İspaniya La Liqasının 25-ci turunda "Barselona" evdə "Levante"ni qəbul edib.
Redaktor.az xəbər verir ki, matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Marc Bernal (4), Frenk de Yonq (32) və Fermin Lopez (81) vurublar.
Beləliklə aktivinə 3 xal yazdıran "Barselona" turnir cədvəlində 61 xalla liderliyə yüksəlib. "Levante" isə 19-cu pillədə qalıb.
Turan İSMAYIL