AZ

Litva prezidenti evdə xəsarət alıb - Gecəni xəstəxanada keçirəcək

BAKI, 23 fevral. TELEQRAF

Litva prezidenti Gitanas Nauseda aldığı məişət xəsarəti səbəbindən gecəni xəstəxanada keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nauseda evdə olarkən xəsarət alıb və onun sol bilək-altı nahiyəsi zədələnib.

Məlumata görə, prezidentə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra isə xəstəxanaya aparılıb. Həkimlər ona əməliyyat ediblər, lakin əməliyyatın xarakteri açıqlanmayıb.

Mətbuat xidməti qeyd edib ki, prezident gecəni xəstəxanada keçirəcək.

Seçilən
15
3
teleqraf.com

6Mənbələr