Meksikada federal təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı ölkənin ən çox axtarılan narkotik baronu, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "El Menço"nun öldürülməsi Jalisco ştatında zorakılıq dalğasına səbəb olub.
Qeyd olunur ki, "El Menço" öldürülməsindən sonra onun oğlu da federal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun təhlükəsizlik qüvvələrinin müşayiəti ilə qandallı və çılpaq şəkildə naməlum əraziyə aparıldığı anbaan kadra alınıb.
Gülayə Mecid