İranda güclü partlayışlar baş verib və Tehran ətrafında genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.
"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, yaşayış binalarının pəncərələri sınıb, yanğınlar başlayıb. Enerji infrastrukturu obyektlərinə də havadan hücum edilib. Üç nəfər yaralanıb.
Pərənd, paytaxtda tıxacın aradan qaldırılması və yaşayış infrastrukturunun inkişafı üçün tikilmiş, ölkənin cənub-qərbində yerləşən Tehranın peyk şəhəridir. Əsasən yaşayış və logistika funksiyalarına xidmət edir və turist və ya hərbi mərkəz deyil.