AZ

Meksika prezidenti ölkənin əksər hissəsində vəziyyətin nəzarət altında olduğunu bildirib

Meksika prezidenti Klaudiya Şeynbaum ölkənin əksər hissəsində vəziyyətin nəzarət altında olduğunu bildirib.

APA xəbər verir ki, dövlət başçısı keçirilən əməliyyatdan sonra bəzi məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq hakimiyyət orqanlarının bütün ştatlarla koordinasiya işlərini həyata keçirdiyini deyib.

O bildirib ki, ölkənin əksər hissəsində vəziyyət sakit olaraq qalır və hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək üçün lazımı tədbirləri davam etdirir.

Qeyd edək ki, Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hərbi əməliyyat nəticəsində öldürülüb.

Onun öldürülməsi Meksikada kütləvi iğtişaşlara səbəb olub.

Seçilən
20
37
apa.az

10Mənbələr