AZ

13 yaşlı oğlanı cərəyan vurdu: Vəziyyəti ağırdır

Goranboyda yeniyetməni cərəyan vurub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Todan kəndində qeydə alınıb.

2013-cü il təvəllüdlü kənd sakini Yusif Zaməddin oğlu Əliyev yaşadığı evdən bədəninin müxtəlif nahiyələrinin termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, yeniyetməni elektrik cərəyanı vurub. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
22
cebheinfo.az

1Mənbələr