AZ

Tbilisidə 25 fevralda “İşğalla barışmayacağıq” şüarı ilə yürüş keçiriləcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisidə 25 fevral tarixində "İşğalla barışmayacağıq" şüarı altında etiraz aksiyası-yürüş təşkil olunacaq.

Təşkilatçıların yaydığı məlumata görə, aksiya iştirakçıları əvvəlcə Vere parkı ərazisində toplaşacaq, daha sonra yürüş edərək Gürcüstan Parlamentinin binasına doğru hərəkət edəcəklər.

Bəyanatda xatırladılır ki, 25 fevral 1921-ci ildə "Tbilisi üzərində qırmızı bayraq dalğalanır" məzmunlu teleqram Moskvaya göndərilib. Həmin gün Gürcüstan müstəqilliyini itirsə də, azadlıq iradəsini itirməyib. Qeyd olunur ki, 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, 1921-ci ildə Kodjori və Tabaxmelada başlanan mübarizə hələ də başa çatmayıb.

Təşkilatçılar bildirirlər ki, "işğal xətti" bu gün də ölkə ərazisindən keçir və tarixi ədalətsizliyə son qoymaq cəmiyyətin borcudur. Onların sözlərinə görə, 25 fevral aksiyası paytaxtı son gülləyədək müdafiə edənlərin xatirəsini anmaq, işğalın müvəqqəti olduğunu və müqavimətin davam etdiyini nümayiş etdirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr