AZ

Avropa İttifaqı seçki öncəsi Ermənistana 200 milyon avro ayıracaq



Aİ nümayəndələri Komissar Marta Kosun 19-20 mart tarixlərinə planlaşdırılan səfəri və ilk Aİ-Ermənistan sammiti ərəfəsində yeni Aİ-Ermənistan strateji gündəliyinin hazırlanması yönündə irəliləyişi qiymətləndirmək üçün Ermənistana işgüzar səfər ediblər.

Bu barədə The Brussels Times qəzeti məlumat verib. Bildirilir ki, Aİ ölkəyə 202,5 ​​milyon avroluq yardım paketinin ayrıldığını təsdiqləyib.

Bəyanata görə, danışıqlar nəqliyyat, enerji və rəqəmsal sektorlarda regional əlaqənin yaxşılaşdırılmasına yönəlib.

Strateji gündəm Aİ-Ermənistan əməkdaşlığını tənzimləyən çərçivə sazişi olan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsaslanır.

SAMİRƏ

Seçilən
6
baki-xeber.com

1Mənbələr