ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin qələbələri ilə bağlı ironik paylaşım edib.
Redaktor.az xəbər verir ki, Ağ Evin rəhbəri paylaşımı "Truth Social" sosial şəbəkəsində edib.
“Biz həddən artıq tez-tez qalib gəlirik, bu, sadəcə ədalətsizdir!” – deyə Tramp paylaşımında qeyd edib.
Xarici medianın məlumatına görə, bu fikrin yazılmasına səbəb ABŞ-nin xokkey üzrə milli komandasının İtaliyada keçirilən və dünən başa çatan 2026-cı il Qış Olimpiya Oyunlarında qızıl medal qazanması olub. Amerikalılar finalda Kanada yığmasına qalib gəliblər.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.