AZ

Kəpəz in kapitanı: Əsas rəqiblərimizin bir biri ilə oyunu var

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Oyun bizim üçün pis getmirdi. "Sabah"ın gücünü bilirdik, rəqib Premyer Liqanın lideridir. Keyfiyyətli futbolçular var. İkinci hissədə qol vursaq da, ofsayt səbəbindən sayılmadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Əli Səmədov deyib."Sarı-göylər"in kapitanı Misli Premyer Liqasının XXI turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bölüşüb:"Son dəqiqələrdə diqqətsizlikdən qapımızda qol gördük. Liqada qalmaq özümüzdən aslıdır. Biz turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşmaq istəyirik. Elitada qalmağı hələ qaranti eləməmişik. "Sumqayıt"la oyuna 3 xal üçün çıxacayıq. Komandamıza inanıram. Doğma meydanımız olmasa da, Yevlax şəhər stadionunda oynayacağıq. Yəni, "Sumqayıt" səfərə gəlmiş olacaq. Əsas rəqiblərimizin bir-biri ilə oyunu var. Bizə mütləq qələbələr lazımdır".

Qeyd edək ki, 21 turdan sonra aktivində 13 xal olan "Kəpəz2 turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sport24.az

2Mənbələr