Fevralın 22-də Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqindəki Nangarhar və Paktika əyalətlərində çoxsaylı hava hücumları həyata keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub.
İnsidentdə bütün ailə üzvlərini itirən əfqan kişinin hekayəsi ürəkləri dağlayəb. Hadisədən sonra yerli mediaya açıqlama verən kişi cəmi 48 saat əvvəl onun evi və ailəsinin var olduğunu ifadə dib.
Pakistan hökuməti hava hücumlarını sərhədin o tayından gələn Təhriki Taliban Pakistan (TTP) və İslam Dövləti – Xorasan əyaləti (İŞİD) ilə əlaqəli yaraqlıların "kəşfiyyat əsaslı hədəfə alınması" kimi müdafiə edir. Lakin Kabil administrasiyası hücumları qətiyyətlə pisləyərək, onları Əfqanıstanın suverenliyinin pozulması və mülki şəxslərin hədəfə alınması kimi xarakterizə edib.