AZ

Aİ Qəzzada sülh prosesində iştirak etmək niyyətindədir

Avropa Birliyi Qəzzada sülh prosesinin bir hissəsi olmaq istəyir.

Missiya.Az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Fələstin polis əməkdaşlarının təlimi üçün İsrailin razılığı tələb olunur. 

Ali Nümayəndə əlavə edib ki, nazirlər Rusiyaya qarşı 20-ci sanksiya paketini də müzakirə edəcəklər, lakin hələlik yekun razılıq yoxdur. O, həmçinin Rusiya-Ukrayna danışıqlarında əsas məsələnin Rusiyanın mümkün güzəştləri olduğunu vurğulayıb.

Seyranə Quliyeva 

Missiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr