AZ

Keçmiş həyat yoldaşını boğaraq öldürdü

Türkiyənin Antalya şəhərində keçmiş həyat yoldaşını boğaraq öldürən şəxs həbs olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabrında Muratpaşa rayonunda baş verib.

Məlumata görə, 32 yaşlı Hızır Çelik keçmiş həyat yoldaşı Hanım Biçerinevinə gedib və onu şərflə boğaraq öldürüb. Daha sonra qadının telefonunu oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Təhlükəsizlik kameralarında ikilinin bir evə girdiyi, bir müddət sonra Çelikin əlində çanta ilə tək çıxaraq ərazidən getdiyi görünür.

Şübhəli ifadəsində mübahisə etdiklərini və hadisəni qəsdən törətmədiyini bildirib.

Seçilən
19
publika.az

1Mənbələr