AZ

II Liqa: Bütün duelləri qonaqlar qazandı

Azərbaycan II Liqasında 2026-cı ilin ilk oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək XV turun ilk günündə 4 matç baş tutub.

Eyni vaxtda başlayan və hamısı bölgədə keçirilən görüşlərdə 3 xalı qonaqlar bayram ediblər.

"Araz-Saatlı" "Şirvan"a, “Kür-Araz” “Dinamo”ya, “Göygöl” “Quba”ya və “Ağdaş” “Ağstafa Gəncləri”nə uduzub.

Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək.

Azərbaycan II Liqası
XV tur
23 fevral 

“Araz Saatlı” – “Şirvan” 1:2
Qollar:
X.Bədirov, 29 - X.Bədirov, 42-öz qapısına. Ülvi Quliyev, 90-pen.

“Kür-Araz” – “Dinamo” 2:4
Qollar:
E.Məmmədov, 22-pen; 90+1. - V.Seyidov, 7; 37-pen; 80-pen. Ə.Abbasov, 77.

“Göygöl” – “Quba” 0:2
Qollar:
V.Cəfərov, 57. İ.Azaxov, 90+3.

“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol:
Ə.Bağırov, 27.

Seçilən
1
1
fanat.az

2Mənbələr