AZ

Zelenski: İki il bunkerdə yaşamışam

BAKI, 23 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 24-də Rusiya ilə müharibə başladıqdan sonra iki il bunkerda yaşayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Agence France-Presse”ə müsahibəsində məlumat verib.

“İki il bunkerda yaşamışam. İki il orada yaşayıb burada işləmişəm. Gecələr bunkerə enirdim”, o deyib.

Zelenski əlavə edib ki, yaxın günlərdə həmin bunkeri jurnalistlərə göstərməyi və orada mətbuatla görüş təşkil etməyi planlaşdırır.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr