AZ

Dieoqo Simeone İtaliya klubu ilə anlaşdı

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az -ın məlumatına görə, “El Chiringuito” argentinalı mütəxəssisin İnter ilə ilkin razılığa gəldiyini yazıb. Bildirilir ki, tərəflər La Liqanın 25-ci turunda “Espanyol”la oyundan sonra 1 illik müqavilənin detallarını müzakirə ediblər.

Qeyd edək ki, Simeone 2011-ci ilin dekabrından Atletiko Madridi çalışdırır. O, Madrid təmsilçisi ilə 2 dəfə La Liqa, 1 dəfə isə Avropa Liqasının qalibi olub.

Seçilən
19
idmanxeber.az

1Mənbələr