AZ

"Real"ın yarımmüdafiəçisi "Liverpul"a keçə bilər

Bakı. Trend:

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasınıİngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Liverpul" fransalı futbolçunutransfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumatyayıb.

Premyer Liqa nəhəngi Kamavinqa üçün "Real"a 80 milyon avroluqtəklif göndərəcək. "Kral klubu" 23 yaşlı orta xətt oyunçusunungedişinə mane olmayacaq.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında"Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bumövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmimatçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Seçilən
23
3
az.trend.az

4Mənbələr