AZ

Gülşad Məmmədova: Fevralın 25-i gündüz saatlarında yağıntılarda fasilə gözlənilir

Bakı, 23 fevral, N.Həsənova, AZƏRTAC

Fevralın 24-25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7–10 dərəcə isti təşkil edəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, bölgələrdə fevralın 24-də arabir yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Fevralın 25-də gündüz saatlarında yağıntılarda fasilə gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 8–13, dağlıq ərazilərdə isə 0–5 dərəcə isti olacaq.

Seçilən
10
7
azertag.az

10Mənbələr