AZ

Azərbaycan diasporunun Türkiyədəki fəaliyyəti: qardaşlığın gücüdür

Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ətrafında sıx birləşməli və sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Yalnız bu yolla biz Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən biri edə bilərik.

Heydər Əliyev

 

Bəlkə də bu gün dünyada elə bir millət yoxdur ki, azərbaycanlılar kimi torpaqları tikə-tikə, parça-parça bölünsün və yadellilərin ayaqları altında tapdansın. Torpaqlarımızın böyük bir hissəsi - İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur,  Borçalı , Dərbənd, Cənubi Azərbaycanda və digərləri yağı düşmənlər tərəfindən işğala məruz qalsalar da heç kim, heç bir qüdrətli dövlət bizə kömək eləmək istəmir. Dünyada özlərini sülh, bərabərlik, birlik, demokratiyanın tərəfdarları, carçıları adlandıran qüdrətli dövlətlər tərəfindən də millətimizin haqq səsi nə sirdirsə eşidilmir ki, eşidilmir...

Bəli, zaman-zaman millətimizin haqqı tapdalanıb. Bir vaxtlar onu İran və Rusiya iki  yerə bölüb. Ən  böyük faciədə  odur ki, sayı  artıq 60 milyona çatmağa az qalan soydaşlarımız  hələ də  birlik  yaratmaq  sevdas ıilə  yaşasalar da,  amma birləşmirlər ki, birləşmirlər…Daha doğrusu birləşmək istəmirlər. Çünki milli birlik istəyi bizdə azdır. Bu istək hələ ki, xalqımızın ali məqsədi, ürəyinin  səsi olmayıb...

Şükür ki, son on-on beş ildə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız iki dövlət arasındakı diplomatik əlaqələrdən ibarət deyil; bu münasibətlər ortaq tarix, dil, mədəniyyət və taleyin vəhdəti üzərində qurulmuş milli şüura əsaslanır. Bu şüur xüsusilə Türkiyədə yaşayan Azərbaycan diasporunun fəaliyyətində konkret və təşkilatlanmış bir gücə çevrilib. Bu gün Türkiyədəki Azərbaycan diasporu sadəcə miqrant icması deyil, strateji, mədəni və siyasi bir faktor halına gəlmişdir. Bu da böyük alqışa layiqdir.

Diaspor artıq passiv deyil - təsirli bir faktordur

Keçmişdə diaspora anlayışı daha çox “qürbətdə yaşayan insanlar” kimi qəbul edilirdi. Və hətta xalqımızın belə bir deyimi var: “ Qərib quşun Vətəni olmaz”. Bu gün isə Azərbaycan diasporu aktiv və təşkilatlanmış vətəndaş diplomatiyası gücünə çevrilmişdir. Türkiyədə fəaliyyət göstərən dərnəklər, fondlar, gənclər təşkilatları və akademik platformalar Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdıran sistemli strukturlardır. Buna da yalnız  sevinmək lazımdır.

Xüsusilə Qarabağ məsələsində Türkiyədəki Azərbaycan diasporunun rolu həlledici olmuşdur. 2020-ci il Vətən Müharibəsi zamanıTürkiyənin müxtəlif şəhərlərində keçirilən  mitinqlər, mətbuat  açıqlamaları, sosial media kampaniyaları  və media fəaliyyəti Azərbaycanın haqlı mübarizəsinin Türk və dünya ictimaiyyətində düzgün  anlaşılmasına  ciddi  töhfə  vermişdir. Bu, diaspor gücünün praktik təsirinin açıq sübutudur.Və Vətən müharibəsindəki qələbəmizdən sonra Türkiyədəki   diaspor    təşkilatımıza   hörmət, inam  çox  artıb.

Türkiyə  Azərbaycan  diasporu  üçün  strateji  mərkəzdir

Türkiyə   Azərbaycan  diasporu    üçün   sadəcə  yaşanılan  ölkə  deyil, eyni zamanda  qlobal   təsir   istehsal   edən   əsas    mərkəzdir. Türk mediasına  çıxış,  akademik    çevrələrlə    əlaqələr, siyasi və vətəndaş cəmiyyəti ilə qurulan münasibətlər   Azərbaycan   diasporuna başqa heç bir ölkədə olmayan imkanlar yaradır. Buna da Türkiyədə  yaşayan   azərbaycanlılar  çox  sevinirlər.

Buradakı  azərbaycanlı   ziyalılar, iş   adamları, sənətçilər  və gənclər iki ölkə arasında “yumşaq  güc  körpüsü” rolunu  oynayırlar. Bu müqəddəs körpü vasitəsilə Azərbaycanın   mədəniyyəti, tarixi və siyasi mövqeyi Türkiyə üzərindən daha geniş  formada  dünyaya  yayırlar.

Mədəni  diplomatiya ən  güclü və  inamlı alətdir

Türkiyədəki Azərbaycan diasporunun ən effektiv sahələrindən biri mədəni diplomatiyadır. Novruz  tədbirləri, musiqi  festivalları, ədəbiyyat  günləri, sərgilər və  elmi   konfranslar   vasitəsilə    Azərbaycan  yalnız  bir  dövlət  kimi  deyil, həm də  dərin   köklərə malik bir    sivilizasiya   kimi   layiqincə təqdim olunur. Və bu ölkədə  yaşayan  başqa  millətlərdə  bu  tədbirlərə  böyük  həvəslə  gəlirlər.

Bu fəaliyyətlər  xüsusilə  gənc  nəslin milli kimliyini  qorumasında həyati rol oynayır. Assimilyasiyanın qarşısını almağın yolu güclü mədəni təşkilatlanmadan keçir  və Türkiyədə  bu  şüur  getdikcə  daha  sistemli  hala  gəlir.

Ən  böyük risk: parçalanma və  koordinasiya çatışmazlığı

Bütün  bu   müsbət  mənzərəyə   baxmayaraq   ciddi struktur problemidə mövcuddur: təşkilati   parçalanma. Türkiyədə çoxlu Azərbaycan təşkilatları fəaliyyət  göstərsə də, onların  bir  hissəsi ortaq strategiya yaratmaqda çətinlik çəkirlər. Eyni  sahədə  çalışan  qurumlar  arasında  bəzən  rəqabət, şəxsi ambisiyalar  və  kommunikasiya  boşluqları  yaranır. Bu da ümumi diaspor işimizə çox mane olur. Mənə  elə  gəlir ki, bu təşkilatların hamısı xalqımızın bu atalar sözlərini  qulaqlarında  sırğa  etməklə, ona  riayət  etmklə, onu özlərinin ali məqsədlərinə  çevirsələr  çox  yaxşı  olar: “Xalq  bir  olsa  dağ  oynadar  yerindən. Güc bir  olsa  zərbi-kəran  sındırar”.  Ona görədə  mən  onlara  bu birliyi arzu edirəm. Sadəcə  onların  yadına  salmaq  istəyirəm ki, əgər Qaradağdakı Vətən müharibəsində  xalqımız  cənab Ali Baş  Komandan İlham Əliyevin ətrafında Dəmir  yumruq  kimi  birləşməsəydilər, onda cəmi 44 günə  Zəfər  qələbəmiz  mümkün  olmazdı.

Bunu  hamı  bilməlidir ki, diaspor gücü yalnız vahid strategiya və peşəkar koordinasiya  ilə  effektiv  olur. Azərbaycan  dövlətinin diaspora siyasəti ilə Türkiyədəki vətəndaş cəmiyyəti strukturları arasında daha sistemli əlaqə artıq zərurətə  çevrilmişdir.

Nəticə: Türkiyədəki  Azərbaycan  diasporu  geosiyasi  dəyərdir

Bu günTürkiyədəki  Azərbaycan  diasporu  sadəcə   icma  deyil, Azərbaycanın beynəlxalq  mövqeyini  gücləndirən  strateji  qüvvədir. Bu strateji qüvvə düzgün istiqamətləndirildiyi   təqdirdə   bu diaspora mədəni, siyasi və akademik sahələrdə Azərbaycanın  ən  güclü  yumşaq  güc  aləti  olaraq  qalacaq.Yalnız  bir  şərtlə. Hamı  bir  olsa  və  hamı   zərbəni  bir  yerə   vursa.

Qardaşlıq duyğusuin stitusional ağıl və intizamla birləşəndə ortaya çıxan güc yalnız  iki  dövlətə  deyil, bütün Türk dünyasına  xidmət  edir. Türkiyədəki Azərbaycan  diasporu  məhz  bu  potensiala  sahibdir. Bu təşkilat Turan Birliyində də  layiqli  rol  oynayacaq. Çünki Türkiyədəki diaspor təşkilatımıza yüksək vətənpərvər  ruhlu insanlar  rəhbərlik  edirlər. Və gələcək  yazılarımda  onları da azərbaycanlı   oxuculara  daha  yaxından  tanıdacam.

Kənan - Qərib QƏRİBLİ

Seçilən
6
herbiand.az

1Mənbələr